Maştağada kişi qaynını bıçaqlayıb.

Metbuat.az xəbər verir ki, qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1984-cü il təvəllüdlü İlkin Məmmədov aralarında baş verən mübahisə zamanı qaynı Sərxan Namazovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, hadisəni törədən şəxs tutulub.

    Faktla bağlı cinayət işi başlanılıb.