Ançelotti Arda ilə görüşdü, yeni qərarı bu oldu

Çempionlar Liqasının yarım finalında "Bavariya" ilə cavab oyunundan əvvəl "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti türk ulduz Arda Gülərlə görüş keçirib.

Metbuat.az bildirir ki, "Defensa Central"ın xəbərinə görə, italiyalı mütəxəssis bu matçda Ardaya əsas heyətdə şans verməsə belə, sonradan meydana buraxa biləcəyini deyib və ona "hazır ol" təlimatını verib.

Ançelottinin türk oyunçuya "İkinci hissə və əlavə edilmiş dəqiqələrdə sənə ehtiyacım ola bilər" mesajını verdiyi qeyd edilib. 19 yaşlı futbolçunun bu sözləri müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, "Bavariya" və "Real Madrid" arasında ilk oyun 2:2 hesabı ilə bitib. Cavab qarşılaşması sabah baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR