Messi razılıq verdi - Eyni klubda oynaya bilərlər

"İnter Mayami" Lionel Messi və Kriştiano Ronaldonun birgə oynaması üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, klubun rəhbəri Devid Bekhem Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldonu transfer etmək imkanlarını nəzərdən keçirir. İddialara görə, Lionel Messi Ronaldonun transfer edilməsinə razılıq verib.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı klubları Ronaldo və Messini bir araya gətirməyə çalışmışdı. Ronaldo Səudiyyə Ərəbistanına transfer olandan sonra Messi “İnter Mayami”yə getməyə üstünlük vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR