Türkiyədə artan inflyasiya Azərbaycana təsir edə bilər? - AÇIQLAMA

“Türkiyədə artan inflyasiya dollar nisbətində artır. Dollar bahalaşdıqca Türkiyədə inflyasiyada artır, qiymət artımı baş verir. Çünki dollar indeksləşmiş qiymət siyasəti yürüdür. Azərbaycan isə Türkiyədən məhsulları dollarla alır. Yəni, Türkiyədə olan inflyasiyanın Azərbaycana heç bir təsiri yoxdur”.

Bu sözləri Metbuat.az-a açıqlmasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, Azərbaycanda manat və dollar sabit olduğuna görə, Türkiyədəki qiymət dəyişikliklərinin bizə təsirləri bu nöqteyi nəzərdən minumumdur.

“Sadəcə, Türkiyədən mal gətirənlər bu haldan istifadə edirlər ki, qiymətlər yüksəkdir. Lirə ilə qiymət artıb. Ona görə də, Azərbaycan daxilində türk mallarını daha baha qiymətə satmağa çalışırlar. Əslində valyuta məzənnəsi ilə götürsək, Türkiyədə inflyasiya yüksəldikcə, Azərbaycan alıcıları üçün qiymətdə bir dəyişiklik olmur”.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR