“Real Madrid” 36-cı dəfə İspaniya çempionu oldu

İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.

Metbuat.az xəbər verir ki, "Real Madrid" sona 4 tur qalmış çempionluğu təmin edib.

Doğma meydanda "Kadis" klubuna 3 cavabsız qolla qalib gələn "kral klubu" "Barselona"nın səfərdə "Jirona"ya uduzmasından (2:4) sonra qızıl medalları rəsmiləşdirib. Bu, Madrid təmsilçisinin 36-cı La Liqa çempionluğu olub.

Qeyd edək ki, hazırda ilk pillədəki "Real Madrid"in 87 xalı var. İkinci sırada 74 xalla "Jirona" qərarlaşıb. İlk "üçlüy"ü isə 73 xalı olan "Barselona" tamamlayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR