"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirildi

Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, Kür Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan tədbirdə kanoe-kayak və akademik avarçəkmə növündə qaliblərə kuboklar təqdim olunub.

Kanoe-kayakda Gürcüstan millisi, akademik avarçəkmədə isə Özbəkistan seçməsi birinci olub.

Mükafatları Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov və Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli təqdim ediblər.

Daha sonra bağlanış bəddi hissə ilə davam edib.

Qeyd edək ki, Azərbaycan yığması turniri 9 medalla başa vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR