Türk ordusundan əməliyyat - 32 terrorçu öldürüldü

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində 32 terrorçu zərərsizləşdirilib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İraqın şimalında Haftanin, Gara, Hakurk və Pəncə-Kilit əməliyyatı bölgəsinə havadan zərbələr endirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR