​“Qalatasaray”ın istədiyi futbolçu qərarını verdi

“Qalatasaray”ın transfer siyahısında olan "Real Madrid"in futbolçusu Joselu üçün diqqətçəkən iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, Joselunun “Qalatasay”a üstünlük vermədiyi irəli sürülür. “Defensa Central”ın xəbərinə görə, hücumçu Səudiyyə Ərəbistanından 3 il müddətinə 20 milyon dollar təklif alıb. Ərəb futbolunun marağı ilə üzləşən Joselu rəhbərliyə Madriddə davam etmək istədiyini bildirib. Bildirilir ki, “Real Madrid” ötən mövsüm “Espanyol”dan icarəyə gələn hücumçu ilə davam etmək istəyir. Məlumata görə, “Real”ın yetirməsi olan Joselu klubun oyun sistemini yaxşı bildiyi üçün Madrid təmsilçisi onu buraxmaq istəmir.

Mövsümün əvvəlində 1 illik icarə əsasında “Real Madrid”in heyətinə qatılan Joselu 43 matçda meydana çıxıb. Təcrübəli forvard bu matçlarda 13 qol və 3 məhsuldar ötürmə ilə komandasına töhfə verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR