"Qalatasaray” ulduz futbolçunu transfer edir

“Barselona” klubunun ulduz futbolçusu İlkay Gündoğan “Qalatasaray”a transfer olmağa razılıq verib.

Metbuat.az xəbər verir ki, tərəflər arasında baş tutan danışıqlar məhsuldar keçib. Türkiyə mediasının məlumatına görə, “Qalatasaray” İlkay Gündoğanla şəxsi razılığa gəlib. Tərəflər artıq müqavilənin şərtlərini nəzərdən keçirirlər.

Qeyd edək ki, İlkay Gündoğanın mövsümün sonunda “Barselona”dan ayrılmaq istədiyi barədə xəbərlər dərc edilmişdi. Futbolçunun “Atletiko Madrid”lə də danışıqlar apardığı qeyd edilmişdi. İlkay Gündoğan bu mövsüm “Barselona” forması ilə çıxdığı 45 görüşdə 5 qol, 12 assistlə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR