Ançelotti müjdə verdi - Ardanın sevinci yerə-göyə sığmadı

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Münhendə “Bavariya” ilə matçdan sonra Arda Gülerlə təkbətək görüş keçirib.

Metbuat.az xəbər verir ki, Karlo Ançelotti Ardaya müjdə verib. “Defensa Central”ın məlumatına görə, Ançelotti Almaniyada Arda Gülerə "Cadiz” matçında ilk 11-də oynayacağını deyib. Arda bu müjdəyə çox sevinib. Arda “Kadiz”lə oyunun ilk start 11-liyində yer alarsa o ilk dəfə “Santiago Bernabeu”da oyuna start heyətdə başlayacaq.

Qeyd edək ki, Karlo Ançelotti, "Real Sosyedad"a qalibiyyətdən sonra verdiyi açıqlamada matçın ulduzu Arda Gülerin gələn mövsüm komandada olacağını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR