Millimiz Belarusa məğlub oldu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.

Metbuat.az xəbər verir ki, milli Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. ABFF Təlim-Məşq Mərkəzində oynanılan görüş Belarusun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin heyətində yeganə qola 68-ci dəqiqədə penaltidən Ayşən Salamzadə imza atıb.

Turnirin bu gün keçirilən digər oyununda Türkiyə milli komandası Qazaxıstan yığması üzərində 5:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 turnir çərçivəsində mayın 4-də, Bakı vaxtı ilə saat 13:00-da Qazaxıstanla, 7-də isə saat 12:00-da Türkiyə ilə üz-üzə gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR