Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - FOTO

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan nümayəndə heyətini qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində paylaşım edib.

"Özbəkistana işgüzar səfərimiz zamanı Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin qəbulunda olduq. Azərbaycan - Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və iki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əsasında daha yüksək səviyyəyə çatdırılması, iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatının birgə inkişafa verdiyi töhfələr barədə fikirlər ifadə edildi", - nazir bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR