Azərbaycanda qazi həmyaşıdını bıçaqladı

Masazırda bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, qəsəbə sakini, 1991-ci il təvəllüdlü Orxan İmanov həmyaşıdı Qobu qəsəbə sakini Orxan Hüseynli tərəfindən bıçaqlanıb. Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib. Orxan Hüseynli saxlanılıb, hazırda araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən şəxs İkinci Qarabağ müharibəsi qazisidir. O, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR