​“Real” Arda üçün yeni təklif aldı - Sərvət verirlər

“Real Madrid” Arda Güler üçün daha bir ingilis klubundan təklif alıb.

Metbuat.az xəbər verir ki, “Mançester Yunayted”dən sonra “Nyukasl Yunayted” Arda üçün 50 milyon avroluq təklif göndərib. İddialara görə, “Real” təklifə yekun cavab verməsə də, Madrid təmsilçisinin təklifi rədd edəcəyi deyilir.

Qeyd edək ki, bundan əvvəl“Mançester Yunayted” Arda üçün 50 milyon avro təklif edib. “Marca” qəzetinin məlumatına görə, “Real” təklifi rədd etsə də, İngiltərə nəhəngi geri çəkilməyib. Bildirilir ki, “Mançester Yunayted” məbləği artıraraq, Arda üçün yeni təklif irəli sürəcək. Karlo Ançelotti, "Real Sosyedad"a qalibiyyətdən sonra verdiyi açıqlamada matçın ulduzu Arda Gülerin gələn mövsüm komandada olacağını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR