Türk futbolçu Avropa nəhənginə transfer olur

"Yuventus"un futbolçusu Kənan Yıldız karyerasını başqa nəhəng klubda davam etdirə bilər.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Liverpul" Kənan Yıldızı heyətinə qatmaq üçün hərəkətə keçib. İddialara görə, futbolçu özü də “Liverpul”a razılıq verib. Turinlilərin heyətində gözlədiyi oyun müddətini ala bilməyən futbolçunun Premyer Liqada oynamaqda maraqlı olduğu bildirilib. "Yuventus" da müqaviləsi 2027-ci ildə başa çatacaq Kənan Yıldıza yeni müqavilə təklif etmək istəyir. Bildirilir ki, Turin təmsilçisi gənc futbolçunun müqavilə müddətini 2028-ci ilə qədər uzatmağı və maaşında xeyli yaxşılaşma etməyi planlaşdırır. Məşqçi Massimiliano Alleqrinin Kənan Yıldızla münasibətlərinin yaxşı olmadığı irəli sürülüb.

Bu mövsüm "Yuventus"un heyətində 28 matçda 930 dəqiqə meydanda olan Kənan Yıldızın aktivində 3 qol, 1 məhsuldar ötürmə var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR