Ermənistan Silahlı Qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub.

Müdafiə Nazirliyindən Metbuat. az-a verilən məlumata görə, fevralın 24-ü saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.