Bakının bu ərazisində yeni tip radar qoyuldu - FOTO

Sosial şəbəkələrdə Bakıda yeni radar cihazının quraşdırılması barədə məlumatlar yayılıb.

Metbuat.az xəbər verir ki, yayılan məlumatlardan cihazın Xətai rayonu “8 Noyabr” prospektində, “Ağ Şəhər” istiqamətində qoyulduğu bildirilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, sözügedən radar qurğusu hələlik test mərhələsindədir. Cihaz ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunub. Test dönəmində olduğu üçün radar qurğusu hələlik heç bir cərimə qeydə almır. Cihaz yalnız özünü doğrultduqdan sonra yüksək sürəti qeydə alacaq. Tam fərqli görünüşdə olan yeni cihazdan əvvəl də radar nişanı qoyulmayıb. Bu da məhz qurğunun fəaliyyət göstərməməsi ilə bağlıdır. Məlumata görə, yeni qurğudan bir neçə ədəd idxal edilib və test mərhələsindən sonra paytaxtın digər yerlərində də quraşdırılacaq.

Sürücülərə hər hansı cəriməyə görə deyil, öz həyat və sağlamlıqları naminə yüksək sürətdən çəkinmələri məsləhət görülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR