Ölkə
Vüsal Aslanov onlara vəzifə verdi
“Bakı Metropoliteni” QSC-yə iki yeni stansiya rəisi təyin olunub.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə QSC sədri Vüsal Aslanov əmrlər imzalayıb.
Sədrin əmrləri ilə metronun “Koroğlu” stansiyasının rəis müavini Telman Vəliyev tutduğu vəzifədən azad olunaraq “Ulduz” stansiyasının rəisi vəzifəsinə təyin edilib. V.Aslanlının digər əmri ilə “Memar Əcəmi” stansiyasının rəis müavini Əyyub Həsənov tutduğu vəzifədən azad edilərək metronun “Qara Qarayev” stansiyasına rəis təyin olunub.
Hər iki şəxs kollektivə təqdim edilib və vəzifələrinin icrasına başlayıblar.