Təhsil

Türkiyədə 5 milyon nəfərə süni intellekt təlimi keçiriləcək

Metbuat.az

Türkiyədə növbəti iki il ərzində 5 milyon vətəndaşa süni intellekt savadlılığı üzrə təlimlər keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır Giresunda keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, proqram çərçivəsində vətəndaşlara süni intellektin imkanları, riskləri və gündəlik həyatda tətbiqi ilə bağlı biliklər veriləcək.

Həmçinin ölkədə 100 min süni intellekt tətbiqi üzrə mütəxəssisin hazırlanması planlaşdırılır.

Kaçır qeyd edib ki, Türkiyə yerli süni intellekt ekosistemini gücləndirmək məqsədilə ilin sonunadək təxminən 2 min dövlət məlumat bazasını yerli tərtibatçıların istifadəsinə açacaq.

Nazirin sözlərinə görə, 2030-cu ilədək məlumat mərkəzlərinin gücü 250 meqavatdan 1 giqavata çatdırılacaq, dövlət investisiyalarının ən azı 2 faizi isə süni intellekt layihələrinə yönəldiləcək. O, həmçinin Türkiyənin öz milli süni intellekt dil modellərini inkişaf etdirməsinin vacibliyini vurğulayıb.