İdman

“Trabzonspor” prezidenti Salahın transferindən danışdı

Metbuat.az

“Trabzonspor”un prezidenti Ertuğrul Doğan komandaya transfer olunan Məhəmməd Salah barədə danışıb.

Metbuat.az xəbər verir ki, A Spor-a açıqlama verən klub rəhbəri Salahın dünya səviyyəli futbolçu olduğunu bildirib.

“Onun haqqında deyiləcək söz yoxdur. Salah dünya ulduzudur. Belə bir oyunçuya ehtiyacımız var idi. Çox faydalı olacağına inanıram. Camiamıza xeyirli olsun”, - deyə Doğan bildirib.

Klub prezidenti əlavə edib ki, transfer digər komandaların yarışdan çəkilməsindən sonra sürətlənib. Onun sözlərinə görə, Salah və meneceri ilə təxminən 10 gün davam edən danışıqların ardından bütün məsələlər razılaşdırılıb.

Doğan həmçinin “Trabzonspor”un son transferləri ilə həm Türkiyədə, həm də Avropada diqqət çəkdiyini vurğulayıb.