Elm və Təhsil

Süni intellektlə yeni virus yaradıldı

Metbuat.az

ABŞ-də alimlər süni intellektdən istifadə etməklə laboratoriyada çoxala bilən yeni viruslar hazırlayıblar.

Metbuat.az xarici mediaya istiandən xəbər verir ki, tədqiqatçılar ilk dəfə süni intellektlə tam virus genomlarını sıfırdan dizayn ediblər. Hazırlanan 16 virus yalnız bakteriyaları yoluxdurmaq üçün nəzərdə tutulub və insanlara təhlükə yaratmadığı bildirilib.

Mütəxəssislər 302 süni intellekt dizaynını laboratoriyada sınaqdan keçirib. Onlardan 16-sının bağırsaq çöpü bakteriyalarını (E. coli) bakteriyalarını məhv etdiyi müəyyənləşib.

Tədqiqatçılar hesab edirlər ki, bu texnologiya antibiotiklərə davamlı infeksiyaların müalicəsində yeni imkanlar yarada bilər. Bununla yanaşı, ekspertlər süni intellektlə bioloji sistemlərin hazırlanmasının təhlükəsizlik baxımından ciddi risklər doğura biləcəyi barədə xəbərdarlıq edirlər.

Alimlər bu nəticəni biologiyanın kompüter vasitəsilə dizayn edilməsində mühüm dönüş nöqtəsi kimi qiymətləndirirlər.