Hadisə
Sumqayıtda avtomobil təmiri sexi yandı
Sumqayıt şəhərində avtomobil təmiri sexində yanğın baş verib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Koroğlu prospektində qeydə alınıb.
1980-ci il təvəllüdlü Emin Nadir oğlu Həşimovun icarədarı olduğu avtomobil təmiri sexi tamamilə, sexə bitişik olan avtomobil ehtiyat hissələri mağazasının isə bir hissəsi yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.