İqtisadiyyat

"SpaceX"in səhmləri kəskin ucuzlaşdı

Metbuat.az

İlon Maskın təsis etdiyi SpaceX şirkətinin səhmləri son həftələrdə ciddi dəyər itirib.

Metbuat.az xəbər verir ki, şirkətin iyunun 12-də keçirilən ilkin kütləvi təklifindən (IPO) sonra səhmlər iyunun 16-da 225 dollarla tarixi maksimuma yüksəlsə də, sonrakı dövrdə davamlı eniş qeydə alınıb.

Son ticarət sessiyasında SpaceX səhmləri 125 dollardan bağlanıb. Beləliklə, qiymət artıq IPO zamanı müəyyən edilmiş səviyyənin də altına düşüb.

Şirkətin açıqladığı son maliyyə hesabatına əsasən, gəlirlər illik müqayisədə 92 faiz artsa da, investorların diqqəti süni intellekt sahəsinə planlaşdırılan iri həcmli xərclərə yönəlib.

SpaceX rəhbərliyi yaxın dövrdə süni intellekt layihələrinə 16 milyard dollar investisiya yatırmağı planlaşdırdığını açıqlayıb. Bununla yanaşı, şirkətin süni intellekt fəaliyyətindən əldə etdiyi gəlir 2,5 milyard dollar təşkil edib.