Hadisə

Siyəzəndə kafedə yaşlı kişinin meyiti tapıldı

Metbuat.az

Siyəzəndə kafedə meyit tapılıb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə avqustun 11-də Siyəzən şəhərinin ərazisində yerləşən kafedə baş verib.

Kafenin sanitar qovşağında Quba sakini 1947-ci il təvəllüdlü Eldar Babayevin meyiti aşkarlanıb.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.