İdman

Salah “Trabzonspor”da ilk məşqinə çıxdı

Metbuat.az

“Trabzonspor”un yeni transferi Məhəmməd Salah komanda ilə ilk məşqinə çıxıb.

Metbuat.az xəbər verir ki, ulduz futbolçu məşqdən əvvəl komanda yoldaşları və məşqçilər heyəti tərəfindən böyük coşqu ilə qarşılanıb.
Salah komanda yoldaşlarının alqışları altında məşq meydançasına çıxıb. Daha sonra o, baş məşqçi Fatih Tekke ilə görüşərək yeni mövsümlə bağlı söhbət edib.

Salah məşq zamanı komanda yoldaşları ilə birlikdə çalışıb.
Ulduz futbolçu ilk məşqində yüksək əhval-ruhiyyəsi və həvəsi ilə diqqət çəkib. Onun fiziki hazırlıq proqramına uyğun olaraq fərdi çalışmalar da həyata keçirəcəyi bildirilib.