İdman

Rodri "Real" və "Barselona" arasında seçim etdi

Metbuat.az

“Barselona” klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri üçün yeni təklif hazırlayır.

Metbuat.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb. Kataloniya təmsilçisi 30 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtləri üzrə razılığa gəlib və indi transfer məbləğini dəqiqləşdirmək üçün “Mançester Siti” ilə danışıqları davam etdirir.

Qeyd edək ki, “Barselona”nın əvvəlki 45 milyon avro sabit ödəniş və 5 milyon avro bonusdan ibarət təklifi qəbul edilməyib. Katalon klubu yeni təklifdə 45 milyon avrodan bir qədər artıq məbləğ ödəməyə hazırdır. “Mançester Siti” isə birbaşa danışıqlarda daha yüksək transfer haqqı tələb edir. Məlumata görə, "Real Madrid" futbolçunu transfer etməkdə maraqlı olsa da, o, "Barselona"nı seçib.