İdman
"Real"dan ilin transferi
“Real Madrid” klubu “RB Leypsiq”dən Fil Dişi Sahili millisinin vingeri Yan Diomandenin transferini açıqlayıb.
Metbuat.az xəbər verir ki, Madrid təmsilçisi 19 yaşlı futbolçu ilə 2033-cü il iyunun 30-dək qüvvədə olacaq 7 illik müqavilə imzalayıb.
“Sky Sports”un müxbiri Florian Plettenberqin məlumatına görə, “Real Madrid” bu transfer üçün “RB Leypsiq”ə 125 milyon avro zəmanətli ödəniş edəcək. Bonuslarla birlikdə transferin ümumi məbləğinin 140 milyon avroya çatacağı bildirilib.