İdman
“Real"da Vinisius böhranı həll edildi
“Real Madrid” braziliyalı futbolçu Vinisius Juniorla müqaviləni 2032-ci ilə qədər uzadıb.
Metbuat.az xəbər verir ki, Madrid klubu Premyer Liqa təmsilçisi “Arsenal”ın maraq göstərdiyi 26 yaşlı ulduz futbolçunu yeni müqavilə ilə komandada saxlamağa qərar verib.
Qeyd edək ki, 2018-ci ildə Braziliyanın “Flamenqo” klubundan “Real Madrid”ə keçən Vinisius Junior indiyədək bütün turnirlərdə 375 oyuna çıxıb və 128 qol vurub. O, Madrid klubunun heyətində 3 La Liqa və 2 UEFA Çempionlar Liqası tituluna sahib olub.