İdman

“Qalatasaray”ın istədiyi iki ulduzun adı bəlli oldu

Metbuat.az

“Roma” “Qalatasaray”ın maraqlandığı Qabriel Martinelli transferində hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, Türkiyədə maliyyə baxımından rəqiblərindən üstün olan “Qalatasaray”ın transfer bazarındakı passivliyi azarkeşlərin tənqidinə səbəb olub. Xüsusilə prezident Dursun Özbek və idarə heyətinin üzvü Abdullah Kavukçu tənqidlərin əsas hədəfləri sırasındadır. İddialara görə, İstanbul klubu sol cinah mövqeyi üçün Rafael Leao və Qabriel Martinelli variantlarını nəzərdən keçirir. “Corriere dello Sport”un məlumatına görə, “Roma” Martinellinin transferi üçün “Arsenal”la danışıqları intensivləşdirib.

İtaliya təmsilçisinin braziliyalı futbolçunu transfer etməkdə ciddi maraqlı olduğu qeyd edilir. “Qalatasaray”ın isə Martinelli ilə bağlı danışıqlarda mövqeyini qoruduğu bildirilir.