İdman

PSJ-nin istədiyi Arda qərarını verdi

Metbuat.az

Joze Mourinyonun “Real Madrid”in baş məşqçisi təyin olunmasından sonra Arda Gülerin komandadakı gələcəyi müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis mövsümöncəsi oyunlarda 21 yaşlı yarımmüdafiəçiyə start heyətində şans verib. Arda Gülerin bu matçlardakı uğurlu çıxışı onun yeni mövsümdə əsas heyətdə yer alacağı ilə bağlı gözləntiləri artırıb. “Real Madrid”lə yaxın əlaqələri ilə tanınan “Defensa Central” nəşri azarkeşlər arasında sorğu keçirib. Məlumata görə, sorğuda iştirak edən tərəfdarların 86 faizi Arda Gülerin yeni mövsümdə start heyətində meydana çıxmasının tərəfdarı olub.

“Defensa Central”ın məlumatına görə, PSJ-nin marağına baxmayaraq, futbolçunun Madrid klubundan ayrılmaq niyyəti yoxdur və o, komandada, şəhərdə və ölkədə özünü rahat hiss edir. Nəşr Arda Gülerin karyerasını “Real Madrid”də davam etdirmək istədiyini və PSJ-nin mümkün marağının yaxın müddətdə transferlə nəticələnməyəcəyini yazıb.