Növbəti köç karvanı Xocavənd şəhərinə çatdı -
YENİLƏNİB
Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
12:47
Xocavənd rayonuna ümumilikdə 107 nəfərdən ibarət daha 27 ailə yola salınıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 20 (81 nəfər), Qırmızı Bazar qəsəbəsinə 2 (9 nəfər), Xocavənd kəndinə isə 5 ailənin (17 nəfər) qayıdışı təmin edilib.
Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.