Mədəniyyət

Nəriman Həsənzadə dəfn edildi

Metbuat.az

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn edilib.

Metbuat.az xəbər verir ki, dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, şairin qələm yoldaşları və yaxınları iştirak ediblər.

Qeyd edək ki, dəfndən əvvəl Xalq şairi ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.