Hadisə
Naxçıvanda kanalda batan şəxs xilas edildi
Gecə saatlarında Naxçıvanda Uzunoba Su Anbarını qidalandıran kanalda bir nəfər batma təhlükəsi ilə üzləşib.
Metbuat.az xəbər verir ki, bu barədə Naxçıvan Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb ediliblər.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində kanalda batma təhlükəsində olan vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.