Hadisə
Müəllimlər yataqxanasının ərazisində yanğın -
FOTO
Gəncə şəhərində ADAU-nun müəllimlər üçün yataqxana ərazisində yanğın olub.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimlər üçün nəzərdə tutulan yataqxana ərazisində açıq sahədə yanğın olub.
Hadisə Ozan küçəsində qeydə alınıb. Ümumi sahəsi 1.5 ha olan ərazinin 500 kvm yaxın hissəsində quru ot, kol və 150 ağacdan 20 ədədi yanıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin üç yanğınsöndürən avtomobili və 20-ə yaxın canlı qüvvəsi cəlb olunub. Müdaxilə nəticəsində alovun genişlənməsinin qarşısı alınıb. İlkin verilən məlumata görə, yanan ağaclar əsasən küknar, şam və çinar ağaclarıdır.
Faktla bağlı araşdırma başlanılıb.