İqtisadiyyat

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Metbuat.az

Bu il avqustun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 13 milyard 767,9 milyon ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məllumat yayıb.

Bu, iyulun 1-i ilə müqayisədə 4,6 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 19,6 %, son 1 ildə isə 23 % artıb.