İdman
Lukakunun “Fənərbaxça”ya transferinin detalları
“Fənərbaxça” “Napoli”nin futbolçusu Romelu Lukakunun transferini yekunlaşdırmaq üzrədir.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi belçikalı hücumçu ilə şəxsi müqavilənin şərtlərini də razılaşdırıb. Məlumata görə, 33 yaşlı futbolçu “Fənərbaxça”da illik 10 milyon avro qazanacaq və ikiillik müqavilə imzalayacaq. Bildirilir ki, “Fənərbaxça” Lukakunun transferi üçün “Napoli”yə 6 milyon avro ödəyəcək.
Bonuslarla birlikdə bu məbləğin 8 milyon avroya çatacağı qeyd olunur.