Hadisə

Lənkəranda iki nəfərin meyiti tapıldı

Metbuat.az

Lənkəran rayonunda meşədə iki nəfərin meyiti tapılıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Havzava kəndində baş verib.

Meyitləri "İbadi" deyilən meşəlik ərazidə tapılan 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın qohum olduqları, bir neçə gündür ailə üzvləri tərəfindən axtarıldıqları deyilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.