İdman

"Kəpəz" Namik Ələskərovu transfer etdi

Metbuat.az

"Kəpəz" "Zirə"dən ayrılan Namik Ələskərovu transfer edib.

Bu barədə Metbuat.az-a Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi "sarı-göylər"in formasını geyinəcək.

Namik Ələskərov son mövsümdə "Zirə"nin heyətində çıxış edib.

2015/2016 mövsümünün ikinci yarısında "Kəpəz"in formasını geyinən futbolçu 15 oyunda 3 qola imza atıb. Namik Ələskərov Azərbaycan millisinin də formasını geyinib.