Hadisə

İsmayıllıda qəzada xəsarət alanların vəziyyəti açıqlandı

FOTO

Metbuat.az

İsmayıllıda baş verən qəzada xəsarət alanların son durumu açıqlanıb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün səhər saat 11:30 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində “VAZ-2107”, “Mercedes Atego” və “Volkswagen” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ”-ın sürücü 36 yaşlı Ramiz İsgəndərov xəsarət alıb. Volkswagendə olan 2 sərnişinə isə ilkin tibbi yardım göstərilib, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.