İran və Oman Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşır
İran və Oman arasında Hörmüz boğazı ilə bağlı aparılan danışıqlar yeni mərhələyə keçib.
Metbuat.az xəbər verir ki, bunu İranın yüksək vəzifəli rəsmisi ölkənin dövlət televiziyasına müsahibəsində deyib.
Rəsminin sözlərinə görə, Tehran diplomatik təmasların davam etdirilməsində maraqlıdır və eyni zamanda öz hüquqlarının qorunmasında qəti mövqe nümayiş etdirir.
O bildirib ki, İran əvvəl əldə edilmiş anlaşma çərçivəsində Omanın və region dövlətlərinin koordinasiyası ilə üzərinə düşən öhdəliklərin icrası istiqamətində addımlar atıb.
İranlı rəsmi vurğulayıb ki, ABŞ prosesə müdaxiləni dayandıracağı təqdirdə, Tehran və Maskat arasında Hörmüz boğazı ilə bağlı razılaşmanın əldə olunması mümkündür.
Danışıqların əsas məqsədinin Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin edəcək yeni dəniz dəhlizinin yaradılması olduğu bildirilib.