Ölkə

İlham Əliyev Naxçıvanda Ümummilli Liderin abidəsini ziyarət etdi

Metbuat.az

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər.

Metbuat.az xəbər verir ki, dövlət başçısı və birinci xanım abidənin önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.