Siyasət

İcra başçısı üçün özəl gün:

21 il oldu

Metbuat.az

Azərbaycanda ən stajlı icra başçılarından biri də Zakir Fərəcovdur. Bu gün 72 yaşlı Fərəcov üçün özəl tarixdir. 11 avqust 2026-cı il tarixində onun icra hakimiyyəti başçısı vəzifəsində fəaliyyətə başlamasının 21 ili tamam olur.

Metbuat.az xəbər verir ki, Zakir Fərəcov 2005-ci il avqustun 11-də Prezident İlham Əliyevin Sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu vəzifədə 10 il çalışaraq rayonun sosial-iqtisadi inkişafı, infrastrukturun yenilənməsi və idarəetmə sahəsində həyata keçirilən layihələrdə iştirak edib.

2-ci dərəcəli dövlət müşaviri olan Z.Fərəcov 2015-ci il sentyabrın 2-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. O, 11 ildir bu vəzifədə çalışır.

1954-cü il təvəllüdlü icra başçısı uzunillik fəaliyyətinə və ölkənin sosial-iqtisadi inkişafına töhfələrinə görə “Şöhrət” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.