Hadisə

Göygöldə yaşlı kişi çaya yıxılaraq öldü

Metbuat.az

Göygöldə bədbəxt hadisə baş verib.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, rayonun Topalhəsənli kəndində 1962-ci il təvəllüdlü F.Məmmədov mal-qaranı örüşə apararkən Gəncə çayına yıxılaraq xəsarət alıb. 64 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.