Region

Göyçayda narkotik satan şəxslər saxlanıldı -

FOTO

Metbuat.az

Göyçayda narkotiklərin onlayn satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Baba Babayev və Elgün İsgəndərli saxlanılıb.

Saxlanılan şəxslərdən heroin və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.