İdman

FİFA prezidenti etiraf etdi, üzr istədi

Metbuat.az

FİFA prezidenti Canni İnfantino Dünya Kuboku da daxil olmaqla turnirlərin özəl investorlara açılması planı ilə bağlı yol verilən səhvlərə görə üzr istəyib.

Metbuat.az xəbər verir ki, İnfantino FİFA-ya üzv olan 211 milli federasiyaya göndərdiyi məktubda səhvlərini etiraf edərək bunun bir daha təkrarlanmayacağına söz verib.

Qeyd edək ki, UEFA Dünya Kubokunun özəl investorlara açılması planı təsdiqlənəcəyi təqdirdə turniri boykot edə biləcəyini açıqlamışdı. Mətbuatda İnfantinonun federasiyalara dəstək müqabilində maliyyə təklif etdiyi iddia olunsa da, FİFA bu məlumatları təkzib edib.