Mədəniyyət

Çingiz Əlioğlu dəfn olundu -

YENİLƏNİB

Metbuat.az

Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunub.

Metbuat.az xəbər verir ki, mərhumla əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçirilib.

Mərasimin ardınca cənazə Qurd qapısı qəbiristanlığına aparılaraq dəfn edilib.

10:57

Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu ilə "Təzə Pir" məscidində vida mərasimi keçirilir.

Metbuat.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyətin təmsilçiləri, mərhumun ailə üzvləri, media nümayəndələri iştirak edirlər.