Hadisə
Buzovnada qəzada ölən Elmirin
FOTOSU
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd olunub ki, Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı 01-CO-753 dövlət nömrə nişanlı avtomobil Tural Əkbər oğlu Tağıyevin idarə etdiyi "Volvo" markalı, 67-CA-837 dövlət nömrə nişanlı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində E.Həsənov həlak olub.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.