Bu yollarda tıxac var -
SİYAHI
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
5. Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
7. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
9. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
12. Alı Mustafayev küçəsi,"20 Yanvar" dairəsi istiqamətində;
13. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.