Hadisə
Bilgəhdə boğularaq ölən gənc tələbə imiş
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Qeyd olunub ki, Bakı Mühəndislik Universitetinin Mühəndislik fakültəsinin “Elektrik və elektronika mühəndisliyi” ixtisasının II kurs tələbəsi Niyaz Pirməmmədov vəfat edib.
Xatırladaq ki, 2005-ci il təvəllüdlü N.Pirməmmədov Bilgəh qəsəbəsində dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.