Hadisə
Bərdədə açıq sahədə yanğın baş verdi -
VİDEO
Bərdə rayonunun Zümürxan kəndi ərazisində açıq sahədə yanğın baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 800 kv.m. quru ot və kol-kos yanıb. Ağaclar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.